Avtobus dayanacağında qanunsuz parklama

Avtobus dayanacağında qanunsuz parklama from youtube by Bakı Nəqliyyat Agentliyi
related video : 6 saylı avtobus sürücüsü döyüldü
related video : Avtobus
"BakuBus" MMC-yə məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda, həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməlində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonra, o öz qanunsuz əməlindən çəkinir.
Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir.